
Ötən gecə Mingəçevirdə qatar maşınla toqquşmayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC yayıb.
Bildirilib ki, Mingəçevirdə gecə saatlarında “Kia Sorento” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil dəmiryolu xəttinin orta hissəsinə düşüb.
Məlumatda deyilir ki, həmin vaxt ərazidə qatar hərəkətdə olmayıb.
Gununsesi.info