Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

  • By admin
  • 06 İyul 2017 14:15

qandal

Qusar rayonunun Xurel kənd sakinini qətlə yetirməkdə şübhəli bilinən həmkəndlisi tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 5-də Qusar rayonunun Xurel kəndindən kənd sakini İlqar Ulubəyov sifət nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və qanaxmadan orada ölüb.

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən kənd sakini Ramiq Aydabəyov tutulub.

Hazırda faktla bağla cinayət işi başlanılıb.

Anar

Gununsesi.info