Həmkarı Yevda Abramovun səhhətindən danışdı

  • By admin
  • 07 Mart 2018 17:30

Ötən ilin dekabrın 7-də onkoloji xəstəliyi ilə əlaqədar 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş, milliyətcə yəhudi olan Yevda Abramovun səhhətində ciddi problem yaranmışdı.

O, Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunmuşdu. Daha sonra isə yenidən səhhətində problem yaranan Yevda Abramov təcili olaraq dövlət hesabına İsraildəki xəstəxanalardan birinə yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, millət vəkilinin səhhəti ilə bağlı oxu.az-a danışan həmkarı Vahid Əhmədov onunla daima əlaqə saxladığını və durumumun yaxşı olduğunu bildirib:

“Şükürlər olsun ki, Yevda müəllimin sağlıq durumu yaxşıdır. Gündəlik olaraq müalicəsi davam edir. Çalışdığım qədərilə tez-tez əlaqə saxlayıb, danışıram. Hazırda hələ də İsraildə övladlarının yanındadır. Onunla maraqlanan və səhhətinə görə narahat olan insanların hər birinə salamları var. Yəni, narahat olunacaq bir durum yoxdur. Çox güman ki, tezliklə vətənə qayıdacaq”.

Gununsesi.info