
Fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbəti qurultayı keçiriləcək.
Konfederasiyadan Gununsesi.info-ya verilən məlumatda bildirilir ki, qurultayda sədr Səttar Mehbalıyevin və digər seçkili qurum rəhbərlərinin hesabatı dinləniləcək.
Qurultayın mühüm qərarı isə bu il keçiriləcək prezident seçkilərində YAP sədri, hazırki dövlət başçısı İlham əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə olacaq.
Gununsesi.info