Həmkarlar İttifaqları İlham Əliyevi dəstəkləyəcək

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayında İlham Əliyevin növbədənkənar Prezident seçkilərində prezidentliyə namizədliyinin dəstəklənməsi irəli sürülüb.

 

Gununsesi.info xəbər verir ki, bu təklifi AHİK sədri Səttar Möhbalıyev təklif səsləndirib.

 

Qurultay iştirakçıları təklifi yekdilliklə dəstəkləyiblər.

 

Qeyd edək ki, 2024-cü il fevralın 7-də ölkədə növbədənkənar Prezident seçkiləri keçiriləcək.

 

 

Gununsesi.info