Həmsədrlər bölgəyə səfərlərinin yekunlarını ATƏT rəhbərliyi ilə müzakirə edəcək

  • By admin
  • 29 Mart 2017 10:48
iqor
Minsk qrupunun həmsədrləri  bölgəyə səfərlərinin yekunlarını ATƏT rəhbərliyi ilə müzakirə edəcək.
 Gununsesi.info xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı  həmsədri  İqor Popov Xankəndində jurnalistlərə açıqlamasında deyib.
Rusiyalı diplomat deyib ki, bölgəyə səfəri zamanı tərəflərin mövqeyini dinləyiblər:
“Biz danışıqları  Vyanada  Minsk qrupu ilə görüşdə davam etdirəcəyik.
Biz eyni zamanda  ATƏT rəhbərliyi ilə də görüşüb məsələ barədə fikir mübadiləsi aparmağı planlaşdırırıq.
Bizim  “Yüksəksəviyyəli planlama” qrupu ilə görüşmək niyyətimiz var”.
Rusiyalı diplomat eyni zamanda, ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspirşikin  qrupunun genişləndirilməsini də müzakirə etdiklərini dilə gətirib.
“Kaspirşik qrupunun  tərkibinin genişləndirilməsi ilə bağlı razılıq olsa da, hələ də ortada  bu məsələ ilə bağlı bir sıra texniki problemlər var.  Bu  məsələ müzakirə olunub. Bu, Minsk qrupunun apreldə müzakirə edəcəyi ən ümdə  məsələlərdən biri olacaq”- deyə, İ.Popov bildirib.
Mürtəza
Gununsesi.info