Həmsədrlər cəbhədəki durumla bağlı yenidən bəyanat verdilər

  • By admin
  • 19 May 2017 07:31

atetttt

ATƏT-in Minsk qrupunun həmsədrləri yaydıqları birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında son günlər atəşkəs rejiminin pozulması hallarını pisləyərək, tərəfləri gərginliyin aradan qaldırılması istiqamətində tədbirlər görməyə çağırıblar.

Gununsesi.info-nun məlumatına görə, sənəddə zərbələrin endirildiyi obyektlərə, habelə qurbanlar və dəymiş zərərə dair ziddiyyətli məlumatların olduğu qeyd edilir.

“Həmsədrlər atəşkəs rejiminin pozulması hallarını pisləyirlər və tərəfləri gərginliyin artmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırırlar” – deyə, həmsədrlərin birgə bəyanatında bildirilir.

Məlumata görə, həmsədrlər və ATƏT sədrinin şəxsi nümayəndəsi vəziyyət barədə daha dolğun və dəqiq informasiya əldə etmək üçün əlavə məlumatlar toplamaqda davam edirlər.

Gununsesi.info