Həmsədrlər həftə sonu regiona səfər edəcəklər

  • By admin
  • 17 Oktyabr 2016 18:00

hemsedir

ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftənin sonu regiona gəlməyi planlaşdırırlar.

Gununsesi.info bildirir ki, bu barədə APA-ya açıqlamasında Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

O, səfərin dəqiq tarixini açıqlamayıb.

Qeyd edək ki, həmsədrlər Azərbaycanla yanaşı, Ermənistan və işğal altındakı Dağlıq Qarabağa da səfər edəcəklər.

Gununsesi.info