Həmsədrlər Moskvada Dağlıq Qarabağa dair məsləhətləşmələr keçirəcəklər

  • By admin
  • 31 Avqust 2016 16:40

hemsedir

Moskvada sentyabrın 8-də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin məsləhətləşmələri keçiriləcək.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk qrupunun həmsədrlərinin nazirlik rəhbərliyi ilə görüşü olacaq.

“Münaqişənin həlli üzrə aktual məsələlər müzakirə ediləcək. Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmalara xüsusi diqqət yetiriləcək”, – deyə M.Zaxarova bildirib.

XİN sözçüsü vurğulayıb ki, görüşün məqsədi münaqişənin həlli üzrə üç tərəfin səylərinin koordinasiya edilməsidir.

Gununsesi.info