Həmsədrlərdən cəbhədəki vəziyyətlə bağlı BƏYANAT

  • By admin
  • 05 İyul 2017 11:04
hemsedrler
ATƏT-in Minsk qrupu həmsədrləri təcili olaraq Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırır. 
 
Gununsesi.info xəbər verir ki, həmsədrlər iyulun 4-də cəbhənin Füzuli rayonu istiqamətində rayonun Alxanlı kəndində baş verən hadisə ilə bağlı bəyanat yayıb.
Bəyantda deyilir ki, biz iyulun 4-də Füzuli rayonun Alxanlı kəndində sadə vətəndaşların ölümü ilə nəticələnin atəşkəsin pozulması barədə məlumat aldıq.
ATƏT-in həmsdərləri olaraq  tərəfləri  hərbi əməliyyatları dayandırmağı tələb edir və hesab edir ki, güc yolu ilə prosesi davam etdirməklə heç nəyə nail olmaq mümkün deyil. Münaqişənin yeganə həlli yolu  tərəflərin  danışıqlar masası arxasında oturaraq sülh yolu ilə həll olunmasıdır.
Sonda həmsədrlər Alxanlıda baş verən ölüm hadisəsi ilə bağlı başsağlığı veriblər.
Mürtəza
Gununsesi.info