Həmsədrlərin Azərbaycana səfəri başlayıb

  • By admin
  • 19 İyun 2017 09:34

hemsedrler

ATƏT-nın Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland Azərbaycana gəlib.

Bu barədə Gununsesi.info ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edək ki, bu gün Minsk qrupu həmsədrlərinin Azərbaycana səfəri başlayır. Həmsədrlər Bakıda bir sıra rəsmi görüşlər keçirəcəklər.

Həmsədrlərötən həftə  Ermənistan və Dağlıq Qarabağda olub. Azərbaycana səfərdən sonra həmsədrlərin bəyanat verəcəyi gözlənilir.