Lənkəran Olimpiya İdman Kompleksində 2008-ci il və daha kiçik təvəllüdlü yeniyetmə həndbolçular arasında Azərbaycan birinciliyinin zona yarışı başa çatıb.
Gununsesi.info xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışın qalibi Cəlilabad kollektivi olub.
Adı çəkilən komanda finalda Lənkəran təmsilçilərinə 13:4 hesabı ilə qalib gəlib. Masallı həndbolçularını üstələyən Lerik üçüncü yeri tutub. 5-ci yer uğrunda matçda isə Astara Yardımlıdan güclü olub.
Reqlamentə əsasən, Cəlilabad və Lənkəran komandaları iyunda Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak hüququ qazanıblar.
Gununsesi.info