Azərbaycanın tanınmış iqtisadçısı Qubad İbadoğlu maraqlı təkliflə çıxış edib.
Gununsesi.org bildirir ki, iqtisadçı alim hökumətin Neft Fondundakı vəsaitdən xalqa paylamasını təklif edib :
“Adambaşına 250 manat pul bölüşdürsək, Neft Fondunun aktivləri yalnız 3,5 faiz azala bilər.
Neft Fondunun aktivləri 70 milyard 210 milyon manata bərabərdir. Onu adambaşına böləndə hər adama 7000 manat vəsait düşür. Hamısını əhaliyə paylamağa ehtiyac yoxdur. 10 faizini 7 milyard manatını 10 milyon əhaliyə böləndə adambaşına 700 manat, 5 faizini böləndə isə hər kəsə 350 manat edir. Bunu da təklif etmirəm, təklifim budur ki, xalqın sərvəti hesabına formalaşan Neft Fonunun 3,75 faizini əhali arasında bərabər bölsək hər adama minimum əmək haqqı qədər – 250 manat çatar. Hesab edirəm ki, hakimiyyət bunu mümkün qədər tez etməlidir.Onsuz da Fondun aktivləri sürətlə dəyərsizləşir, həmin pullar hər gün dəyər itirir. Siz necə fikirləşirsiniz?”