Hər dərdə çarə - TÜRKƏÇARƏ

  • By admin
  • 09 İyul 2016 14:14

turkeçare

 

Hər dərdə çarə – Türkəçarə
Qan damarlarını təmizləmək üçün:
Limonun miqdarını hər gün artırmaqla 15 limona qədər limon şirəsini gün ərzində 4-5 hissəyə bölüb qəbul etmək olar. Resepti 5 ildən bir təkrarlamaq lazımdır. Mədə xəstəliyİ zamanı bu müalicəni etmək düzgün sayılmır.
Fibroma zamanı:
Zəncirotu, əməköməci, cincilim, quşəppəyi və gicirtkən lay-lay və xırda doğranır, arasına bal tökülür, 2 həftə günün altında saxlanılır. Gündə 3 dəfə xörək qaşığı ilə qəbul edilir.
Sellüid zamanı:
200 qram kakao tozuna yarım litr qaynar su qarışdırıb həftədə 2-3 dəfə sellüid olan yerlərə çəkilir, üstündən polietilen selofanla bağlanır. 15 dəqiqə saxlanıldıqdan sonra yuyulur.
Tərləmə zamanı:
Adaçayı içmək tərləməni azaldlr. Palıd qabığı, iynəyarpaqlı ekstraktlı vannalar tərləmələr zamanı yaxşı təsir göstərir.
Yaddaşı möhkəmləndirmək zamanı:
Qoz ləpəsi, püstə, badam, fındıq yaddaşa yaxşı təsir göstərir.
100 qram şam ağacı qozası, 50 qram püstə, 50 qram fındıq üyüdülür, üzərinə 1 xörək qaşığı darçın, 1 çay qaşığı zəncəfil, 1 xörək qaşığı ladankolu kökləri əlavə olunub qarışdırılır, üzərinə 0,5 kq təmiz bal əlavə edilir. Qarışımdan gündə 3 dəfə 1 çay qaşığı qəbul edilir.
Beyin qan dövranının yaxşılaşdırılması zamanı:
3 xörək qaşığı yapon saforası 1 stəkan 40%-lı spirtdə 8-10 gün saxlanılıb covhər düzəldilir. Gündə 3 dəfə 1 çay qaşığı cövhər az miqdar suda durulaşdırılıb yeməkdən sonra qəbul edilir.
Zəfəran süddə dəmlənib hər gecə yatmazdan qabaq içilərsə beyin qan dövranı yaxşılaşar.