Hər iki doza vaksini vurduran nazir koronavirusa yoluxdu

  • By admin
  • 18 İyul 2021 15:04

Pademiya ilə bağlı normallaşmaya gedən İngiltərədə gündəlik yoluxma sayı durmadan artır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, sürətlə artan yoluxma sayının içərisində İngiltərədə daha bir şok yaşanıb.

HTML tutorial

İngiltərə baş naziri Boris Conson tərəfindən cəmi 3 həftə əvvəl təyin olunmuş yeni səhiyyə naziri Sacid Cavid, corona virusuna yoluxduğunu açıqlayıb. “AstraZeneca”nın iki doza peyvəndini vurdurmasına baxmayaraq, yoluxduğunu söyləyən nazir, sağlamlığının yaxşı olduğunu və simptomları yüngül keçirdiyini bildirib.

Baş nazir B. Conson və səhiyyə naziri S. Cavid aşılama proqramının COVID-19-dan ölüm sayını azaltdığını iddia etsələr də, İngiltərə virusdan ölüm sayına görə dünyada 7-ci ölkədir.

Gununsesi.info