Hər iki tərəf Ərdoğana güvənir - Stoltenberq

  • By admin
  • 21 Mart 2022 11:56

“Bir neçə gün əvvəl Türkiyəyə getdim və Prezident Ərdoğanla görüşdüm. Türkiyə həqiqətən də Rusiya ilə Ukrayna arasında danışıqlara vasitəçilik etmək və dəstəkləmək üçün çox çalışır”.

Gununsesi.info xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq NBC-də yayımlanan “Meet The Press” proqramında bildirib.

Stoltenberq vurğulayıb ki, bu səylərdən dəqiq bir nəticənin olub-olmayacağı hələ məlum deyil.

“Türkiyə Ərdoğanla birlikdə vasitəçi rolunu nümayiş etdirən ən açıq ölkə və liderdir. Ərdoğanın Putinlə münasibəti var. O, eyni zamanda ABŞ ilə də Putin mövzusunda ona kömək edə biləcək münasibətə sahibdir. Türkiyə də NATO üzvüdür. İndiki vəziyyətdə hər iki tərəf ona güvənir” – NATO baş katibi əlavə edib.

Stoltenberq Ukrayna Prezidenti Vladimir Zelenskinin tələbindən də danışıb. O bildirib ki, Ukraynada uçuşa qadağa zonasının elan edilməsi gərginliyi daha da artıracaq: “Müttəfiqlərimiz Ukraynanı müdafiə edir. Lakin eyni zamanda bu münaqişənin NATO və Rusiya arasında müharibəyə çevrilməsinin qarşısını almaq son dərəcə vacibdir. Çünki belə bir vəziyyətdə indi Ukraynada gördüyümüzdən daha çox zərər, daha çox ölüm və dağıntı olardı”.

Gununsesi.info