Hər ikimiz var-dövlətimizi açıqlayaq - DAVUDOĞLU ƏRDOĞANA SƏSLƏNDİ

  • By admin
  • 21 Yanvar 2023 13:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vaxtilə öz komandasında çalışmış yaxını Əhməd Davudoğlunu korrupsiyada ittiham etməsi Türkiyə gündəminin əsas xəbəri olub.

Qeyd edək ki, Ərdoğan AKP-nin qrup toplantısında bildirib ki, Davudoğlu aş nazir səlahiyyətini həyata keçirən zaman İstanbul Şəhər Universitetinin idarəçiliyi prosesində korrupsiyaya yol verib.

Prezidentin bu ittihamlarına brifinqlə cavab verən Davudoğlu Ərdoğanın maraqlı təklif edib.

“Gəl, hər ikimiz var- dovlətimizi açıqlayaq. Görək, kimiyin nəyi var. O zaman xalq özü qiymət versin” deyən Davudoğlu daha sonra əlavə edib: “Hər halda mənim adım ABŞ konqresində korrupsiyada çəkilməyib. Sİzdən fərqli olaraq, beynəlxalq mediada və hesabatlarda mənim var-dövətimdən bəhs edilməyib. Bir sözlə mənim gəmim yoxdur ki, onu yandıram”.

 

Elmar Elnuroğlu

Gununsesi.info