Hər il 5 milyon insan tənbəllikdən ölür

  • By admin
  • 11 İyul 2017 12:41

Lazy-being-lazy-137901_800_600

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın paytaxtı Romada təşkil edilən “Avropa Kardiologiya Dərnəyi” konqresinə təqdim edilən bir hesabata görə, hər il 5 milyon adam hərəkətsiz həyat tərzinin səbəb olduğu ürək-damar xəstəliklərindən həyatını itirir.

Hərəkətsizlik ildə 5 milyondan çox ölümə və Avropada 80 milyard avrodan çox səhiyyə xərcinə səbəb olur.

Konqresdə nəticələri açıqlanan bir araşdırmada fiziki olaraq aktiv olanların ürək-damar xəstəliklərindən ölüm riskinin 23 %-ə qədər azaldığını ortaya qoyub.

Norveç Tronheym Elm və Texnologiya Universitetinin araşdırmasına görə, yerimə, üzmə, rəqs və ya velosiped sürmə kimi fiziki fəaliyyətlə məşğul olmaq ürək-damar xəstəliklərindən ölüm riskini kişilərdə 17, qadınlarda yüzdə 23% azaldır.

Gununsesi.info