Hər il dünyada 1 trln. dollar vəsait rüşvətə yönəldilir- BMT

Hər il dünyada 1 trln. dollar vəsait rüşvətə yönəldilir

Hər il dünya üzrə təxminən 1 trln. ABŞ dolları həcmində vəsait rüşvətə yönəldilir.
Gununsesi.info-nun “Vedomosti” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Beynəlxalq Korrupsiya Gününə həsr olunmuş hesabatında yayımlanıb.
Hesabatda bildirilir ki, dünya iqtisadiyyatı daha 2,6 trln. dolları korrupsiya səbəbindən itirir. Bu da qlobal iqtisadiyyatın 5%-nə bərabərdir. İnkişaf etməkdə olan ölkələrdə oğurlanan pullar isə onlara verilən xeyriyyə vəsaitini 10 dəfə üstələyir.
“Korrupsiya hər hansı cəmiyyətin sosial-iqtisadi inkişafını dayandıracaq ciddi cinayətdir. Bu cinayətdən isə heç bir ölkə, region və ya birlik sığortalanmayıb”, – deyə hesabatda qeyd edilir.
Gununsesi.info

COMMENTS