Hər il dünyada 15 milyon azyaşlı qız ərə verilir

  • By admin
  • 13 May 2018 18:58

Dünyada qız uşaqlarının erkən yaşda nikaha girməsi həll edilməyən problemlərdən sayılır.

Gununsesi.info-nun xəbərinə görə, son məlumatlara əsasən hər il dünyada 15 milyon azyaşlı qız uşağı ərə verilir.

Türkiyənin Qaziantep şəhərində keçirilən tədbirdə BMT-nin Əhali Fondunun humanitar yardım bölgə proqramının rəhbəri Fatma Hacıoğlu Sarıdağ bu barədə məlumat verib.
Fatma Hacıoğlu deyib: “Dünyada hər il 15 milyon qız uşağı 18 yaşından əvvəl ərə verilir. Dünyanı uşaqlar üçün yaşanacaq hala çevirmək hər birimizin borcudur. Uşaqlarımızın haqlarının olduğunu və onların bu haqlardan istifadə etmələrini dəstəkləməliyik”.