Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarının cəmi 44 gün ərzində azad edilməsi müzəffər Ali Baş Komandanın və onun peşəkar ordusunun olmasıyla yanaşı, həm də xalqın milli birliyinin yaratdığı ruh oldu.
Gələcək nəsillər 44 Günlük Vətən Savaşının tarixini oxuyanda qəhrəman hərbçiləriylə bərabər arxa cəbhədə orduya dəstək olan, şəhid ailəsinə, qazisinə dəstək olan xeyirxah insanları da tanıyacaqlar.
Çünki, bu insanların şəhidin ailəsinə, qazinin özünə dəstəyi olmasa nə cəmiyyətdə milli birlik olardı, nə də elliklə Vətən Müharibəsinə yollananlar olardı.
Bu müharibədə və ondan sonrakı dönəmlərdə əsl vətəndaş mövqeyi sərgiləyən insanlardan biri də xeyriyyəçi iş xanımı Ruhiyyə Əliyeva oldu.
Son iki ili fəaliyyətini əsasən şəhid ailələri və qazilərə dəstək layihələrinə həsr edən Ruhiyyə xanım bu əməli ilə yüz minlərlə insanın sevgisini, alqışını qazandı.
“Vətənə Sevgi ilə” devizini özünə əsas götürən Ruhiyyə xanımın fəaliyyəti hər kəs üçün örnək olmalıdır.
Gununsesi.info onun hərbçilər, şəhid ailələri arasında və digər ictimai tədbirlərdəki iştirakını əks etdirən bəzi məqamları təqdim edir:
Gununsesi.info