Hər kəsi hiddətləndirdi: Antalya-Moska uçuşunda inanılmaz olay – FOTO

  • By admin
  • 29 Noyabr 2023 12:34

Antalyadan Moskvaya uçan təyyarədə inanılmaz hadisə yaşanıb. Sərnişinlər arasında olan qadın yanında oturan əcnəbi kişiyə cinsi təcavüz etdiyi iddiası ilə saxlanılıb.

Gununsesi.info xəbər verir ki, iddia edilən cinsi təcavüz Rusiyanın “Pobeda” aviaşirkətinə məxsus 5 saatlıq uçuşda olub. Sərnişinlər arasında uşaqların da olduğu bildirilib.

Rusiyanın Vnukovo hava limanına enən təyyarədə səyahət edən 29 yaşlı Valeriya adlı qadını həbs edən polisi sərnişinlər və ekipaj üzvləri alqışlayıb.

Hadisə şahidlərinin sözlərinə görə, ekonom salonda onun yanında əyləşən kişi əvvəlcə Valeriya adlı qadına müqavimət göstərərək onu itələməyə çalışıb. Lakin stüardessalar və digər sərnişinlər qadının kişi üzərində qəribə davranışlarının böyük təəccüblə şahidi olublar.

Qadının bir çox qəribə hərəkətlər etdiyini iddia edən hadisə şahidləri onun sərxoş olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq, elektron siqaret çəkdiyini deyiblər. Bu hadisə digər sərnişinləri hiddətləndirib.

Qadının davranışını ört-basdır etmək üçün uçuş heyətinə də yüz dollar rüşvət verməyə çalışdığı iddia edilir. Bir stüardessa əskinası zibil qutusuna atıb və sonra Valeriya zibilləri təyyarənin döşəməsinə atıb pulu götürərkən görünüb.

Gununsesi.info