Hər kəsin oxuyacağı xəbər: DÜNYAYA MÜJDƏ – Torpaqdan tapdığı soğulcan qanını araşdırdı / FOTOLAR

  • By admin
  • 19 Aprel 2023 12:24

Bioloq Frank Zal torpaqdan tapdığı soğulcanın qanını analizdən keçirib. Nəticələrinin çıxmasının ardından dünyaya müjdəli xəbəri verib. Edilən sınaqlarda qanın insanlar tərəfindən də istifadə edilə biləcəyi bildirilib. Edilən  sınaqlarda da qanın injeksiya edildiyi heyvan sağlam bir şəkildə həyatına davam edib.

 

Gununsesi.info xarici mətbuatda qanla bağlı həmin maraqlı xəbəri istinadən sizə təqdim edir.

Bu gün insanlığın 100 milyon litr qana ehtiyacı var.  Qan gələcəkdə böyük ehtiyac olmağa davam edəcək. Bu səbəblə bioloqlar insanların qan ehtiyaclarını qarşılamaq üçün çalışmaları durdurmadan davam etdirirlər.

 

 

Dünya qan bazarı 77 milyard avroya çatıb. Amerikada 450 mm miqdarında bir qan torbasının qiyməti 50-60 dollar arasında dəyişir.

Bioloq Frank Zal isə dünyanın ehtiyac duyduğu qanı bir soğulcanda tapıb. O, bioloqların “gələcəyin petrolçuları” ola biləcəyini söyləyir.

Bioloq Zal tərəfindən okeanların dərinliklərində tapılan möcüzəvi soğulcanın adı “Arenikola marina”dır.

 

 

Soğulcan 450 milyon ildir ki, bələnməsi üçün qumu süzür, qidalanır. Qəribə burasıdır ki, bədənindəki hemoqlobin sayəsində iqlim dəyişiklərinə uyum saxlamağı bacara bilib.

 

Bioloq Frank Zal

 

Zal və araşdırma heyətinin fikirlərinə görə, protein dünyanın gələcəyi baxımdan, çox böyük bir nemətdir. Niyəmi? Çünki bu gün dünya çapında ciddi bir qan qıtlığı yaşanır. Frank Zal bu möcüzəvi soğulcanın qanı ilə milyonlarla insanın həyatını xilas etməyi hədəfləyir.

 

İnsan üzərindəki ilk sınaqlar 2025-ci ildə gerçəkləşdiriləcək.

Zal bu kəşfi barədə”Paris Match” dərgisinə açıqlamasında daha geniş bilgilər verib.

 

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info