İtaliyanın paytaxtı Romada metro stansiyası yaxınlığında patrul xidmətində olan hərbçi intihar edib.
Gununsesi.info trend-ə istinadən xəbər verir ki, o, patrul zamanı metronun tualetinə gedərək orada silahı ilə özünü vurub.
29 yaşlı hərbçinin intihar səbəbi məlum deyil.
Hadisə ilə əlaqədar metro stansiyasına giriş-çıxışlar bağlanıb. Hazırda intiharla bağlı araşdırma aparılır.
Gununsesi.info