Hərbçilərimiz qəzaya düşdü

  • By admin
  • 18 İyul 2021 11:21

Bu gün Göygöl rayonunda Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarına (DQ) məxsus “Ural” markalı avtomobil aşıb..

DİN-in mətbuat xidmətindən verilən açıqlamaya görə,  hadisə günorta saatlarında rayonun Aşıqlı kəndində baş verib.

HTML tutorial

Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyətinin orta-ağır olduğundan hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb.

Gununsesi.info