Türkiyədə hərbçilərin avtobusu partladıldı, ölənlərin sayı 14-ə çatdı - FOTO - YENİLƏNİB

  • By admin
  • 17 Dekabr 2016 18:14

avtobus

Türkiyənin Kayseri şəhərində xalq avtobus partlayıb.
Gununsesi.info Türkiyənin “Akşam” qəzetinə istinadən xəbər verir ki, bu gün yerli vaxtlıa saat 08.45-də Kayseri Erciyes Universitetinin qarşısında xalq avtobus partlayıb. Məlumata görə, avtobusu içərisində hərbiçilərin olduğu bildirilir. Hadisə nəticəsində 13 nəfər ölüb, 48 nəfər isə yaralanıb. Əraziyə çoxlu sayda polis, təcili yardım və yanğınsöndürənlər cəlb olunub.

***

Kayseridə törədilən partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Nazir partlayışla bağlı 7 nəfərin saxlandığını, 5 nəfərinsə axtarıldığını deyib.

Anar

Gununsesi.info