Hərbçinin bəraəti Ali Məhkəmədə təstiq olunub
Bu barədə Gununsesi.info-ya hərbçi Məhərrəm Məhərrəmovun vəkili Əziz Qənbərov məlumat verib.
Vəkilin sözlərinə görə hüquqlarını müdafiə etdiyi hərbçi M.Məhərrəmov barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi (təkrar rüşvət alma) və digər maddələr ilə ittiham irəli sürülmüş və Tərtər Hərbi Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan mərhumetmə cəzası təyin edilib.
İş üzrə tərəfimizdən verilmiş apellyasiya şikayətinə baxılmış və Gəncə Apellyasiya Məhkəməsinin Qərarı ilə rüşvət alma hissəsində bəraət verilmiş və cəzası 8 il 6 aydan 3 il 6 aya (5 il) aşağı salınmaqla baş leytinant hərbi rütbəsi bərpa edilib. Bundan sonra, qərardan narazı qalan prokurorluğun verdiyi kassasiya protesti Ali Məhkəmədə 11.05.2017-ci il tarixdə baxılmış və protest təmin edilməyərək Gəncə Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Gununsesi.info