İki gün əvvəl Naxçıvan Muxtar Respublikasında hərbi xidmət keçən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Kənan Bəkiyevin özünü güllələməsi faktı üzrə saxlanılan zastava rəisi Tofiq Məmmədov sərbəst buraxılıb.
Bu barədə Gununsesi.info-ya mərhum hərbçimizin ailəsindən bildirilib.
Qeyd edək ki, hadisənin ilk günü ailəsi Kənanın məhz Tofiq Məmmədov tərəfindən incidildyini demişdi.
Bununla belə Bəkiyevlər ailəsi gizir Sahil Quliyevin də bir neçə gün əvvəl onlara telefon açdığını, Kənanın adıyla onlardan pul istədiyini deyib.
“Sonradan Kənan bu söhbəti eşitdikdə gizirlə mübahisəsi düşüb” deyən valideynlər istintaqın gizir Samir Quliyevi də dindirməli olduğunu vurğulayıb.
Elmar Elnuroğlu
Gununsesi.info