Somalidə hərbi bazaya terror hücumu olub.
“Gununsesi.info” xəbər verir ki, hadisə Afqoye şəhəri yaxınlığında baş verib. Belə ki, “Əş-Şəbab” terror qruplaşmasının yaraqlıları bomba yüklü maşınla hərbi bazaya hücum ediblər. Bildirilir ki, terrorçular əvvəlcə partlayıcı qurğu ilə yüklənmiş avtomobili bazanın qapılarına çırpıb, daha sonra isə içəri hücum ediblər. Hərbi hissədən 10 əsgərin öldüyü deyilsə də, “Əş-Şəbab” qruplaşması 30 əsgərin öldürüldüyünü bildirib.