Hərbi bazaya hücumda 70-ə yaxın əsgər öldürüldü - SOMALİDƏ

  • By admin
  • 09 İyun 2017 08:32

somali

Somalidə hərbi bazaya hücumda 70-ə yaxın əsgər öldürülüb.

Gununsesi.info Anadolu agentliyinə istinadla xəbər verir ki, yüksək rütbəli hərbçi Ahmed Mohamed “Aş-Şabab” terror qruplaşmasının silahlılarının Somalinin şimal-şərqindəki Puntland bölgəsində Af-Urur hərbi bazasına partladıcı və ağır silahlarla hücum etdiyini bildirib. O, ilkin məlumatlara görə, 70-ə yaxın əsgərin öldüyünü, onlarla hərbçinin isə yaralandığını vurğulayıb.

Somali ordusu silahlı qruplaşmanı geri çəkilməyə məcbur edib.

“Aş-Şabab”ın yaydığı açıqlamada 61 Somali əsgərinin öldürüldüyü, orduya aid çox sayda hərbi avtomobil və silah-sursatın ələ keçirildiyi bildirilib.

Gununsesi.info