
Rusiyanın təhlükəsizlik şirkəti “Vaqner”in qurucusu Yevqeni Priqojin uzun müddət sonra səssizliyini pozub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Vaqner” muzdlu silahlı şirkətinin başçısı Priqojin Putinə qarşı gerşəkləşdirdikləri çevriliş cəhdi ilə bağlı açıqlamasında başlatdıqları böyük ölçüdə bacardıqlarını vurğulayıb.
“Xalqın dəstəyinə hər zamankından daha çox ehtiyac var. Ədalət yürüşümüz xainlərlə mübarizəni və toplumu hərəkətə keçirməyi hədəfləyirdi”, – deyə bildirib.
Priqojin sosial media hesabında etdiyi paylaşımda “yaxın zamanda cəbhədə yeni zəfərlərimizi görəcəyinizdən əminəm”, yazıb.
Tərcümə: Arzu