Hərbi Dəniz Qüvvələrində Ordu Günü qeyd olunub

  • By admin
  • 25 İyun 2016 18:34

Army Sea Powers

Müdafiə Nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Hərbi Dəniz Qüvvələrində Silahlı Qüvvələr Günü qeyd olunub.
Gununsesi.info xəbər verir ki, şəxsi heyətin iştirakı ilə keçirilən bayram tədbiri çərçivəsində hərbi qulluqçuların bir qrupunun Silahlı Qüvvələrin Hərb Tarix Muzeyinə ekskursiyası təşkil edilib. Bayram ərəfəsində HDQ-nin Həmkarlar İttifaqı ilə birlikdə şəhid ailələri, müharibə və Silahlı Qüvvələr veteranları ilə görüşlər keçirilib.

HTML tutorial

Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva, gənc müğənnilər Samirə Əfəndiyeva və Ramail Bayramlı, eləcə də Bakı Xoreoqrafiya Akademiyasının tələbələr Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti qarşısında konsert proqramları ilə çıxış ediblər. (APA)