Pakistanda hərbi hissədə partlayış nəticəsində azı 11 nəfər ölüb, 13 nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, insident Pakistanın Svat bölgəsində baş verib.
Məlumata görə, terrorçu-kamikadzenin hücumu nəticəsində 3 hərbçi hadisə yerində ölüb, daha 8 yaralı isə sonradan xəstəxanada keçinib.
Partlayış idman meydançasında törədilib.
Gununsesi.info