Hərbi hissələrdə “Açıq qapı” günü elan edilib – FOTOLAR

  • By admin
  • 27 İyun 2016 11:03

aciq

 

HTML tutorial

Azərbaycan Silahli Qüvvələr günü münasibəti ilə ölkə ərazisindəki bütün hərbi hissələrdə “Açıq qapı” günü elan edilib. Gununsesi.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “Açıq qapı” günü müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən həyata keçirilir. Belə ki, bayram günlərində saat 11.00-dan etibarən Belə ki, Silahlı Qüvvələr günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları hərbi xidmətdə olan övladları və yaxınlarıyla görüşəcək, onların asudə vaxtlarını səmərəli keçirməsi üçün şərait yaradılacaq. Günərzində ziyarətçilərə, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələrinə hərbi hissələrdə şəxsi heyət üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı yaradılacaq. Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq və digər mədəni-kütləvi tədbirlər keçiriləcəkdir.

Gülnaz Qənbərli

 

aciq1

 

aciq2

 

aciq3

 

aciq4

 

aciq5

 

aciq6

 

aciq7

 

aciq8