Hərbi məntəqəyə bombalı hücum: 7 əsgər öldü

  • By admin
  • 16 Mart 2024 17:57

Pakistanın Hayber Paxtunxva əyalətində bombalı hücumlar nəticəsində 7 əsgər həyatını itirib.

Gununsesi.info bildirir ki, “Dawn” qəzetində yer alan xəbərə görə, Pakistan ordusu ictimaiyyətlə əlaqələr birliyinin (ISPR) yaydığı açıqlamada Şimali Vəziristan bölgəsindəki hərbi məntəqəyə bomba yüklü avtomobillə hücum edildiyi, daha sonra isə “çoxlu intihar hücumu təşkil edildiyi” bildirilib.  Məlumata görə, intiharçı hücumlarda 5 əsgər həlak olub.

Hadisədən sonra yayılanaçıqlamada hücumu təşkil edən “terrorçulara” qarşı əməliyyatda 2 zabitin həyatını itirdiyi, hücuma keçən 6 “silahlı yaraqlının” isə təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü bildirilib.

Nazirlər Kabineti Aparatından verilən açıqlamaya görə, baş nazir Şahbaz Şərif  hücumu pisləyib.

Prezident Asif Əli Zərdari sosial media platforması X hesabında verdiyi açıqlamada Pakistanın terroru tamamilə yox etməkdə qərarlı olduğunu vurğulayaraq, hücumda həyatını itirən zabit və əsgərlərə başsağlığı verib.

 

Gununsesi.info