Hərbi obyektlərin mühafizəsi gücləndirildi - UKRAYNADA

  • By admin
  • 27 Sentyabr 2017 19:45

anbar

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları onların yurisdiksiyasında olan hərbi obyektlərin mühafizəsini gücləndirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunlarının məlumatında deyilir.

Məlumata əsasən, sutkalıq naryadda olan və təhlükəsizliyi təmin edən şəxsi heyət üzvləri hərbi qaydalara əsasən, silahdan istifadə etmək hüququna malikdir.

Eyni zamanda vətəndaşlardan hərbi obyektlərin və ya qoşunların yerləşmə yerləri yaxınlığında şübhəli şəxs gördükləri təqdirdə, dərhal bu barədə xəbər vermələri xahiş edilib.

Qeyd edək ki, sentyabrın 26-da Dövlət Fövqəladə Hallar Xidmətinin bölməsinə Vinnitsa vilayətindəki Kalinovka qəsəbəsi yaxınlığında yerləşən, Müdafiə Nazirliyinə məxsus hərbi anbarlarda sursatların partlaması ilə bağlı məlumat daxil olub. Sahəsi, təxminən, 60 hektar olan anbarlarda 188 min ton sursat saxlanılır. Ukraynanın Müdafiə Nazirliyindən verilən məlumata görə, yanğın anbarların ümumilikdə 10%-ni əhatə edib.

Ukraynanın Mərkəzi Rayon Hərbi Prokurorluğu təxribat törədilməsi faktı üzrə cinayət işi açıb.

Gununsesi.info