
Oğlum hərbi xidmətdən ehtiyata buraxıldıqdan 5 ay sonra 2021-ci ilin dekabr ayında Respublika hərbi prokurorluğunun müstəntiqi Ceyhun Hüseynov onu bir neçə dəfə hərbi prokurorluğa çağırmış, müharibə vaxtı komandirinin əmri ilə postda olan döyüş mərmilərini bir kilometr kənarda avtomobilə aparan vaxt ermənilərin atəşinə məruz qalarkən əsğər yoldaşının avtomat silahından erməniyə atəş açdığını, güllənin əsgər yoldaşı Vüsal Gülalıyeva dəyib onu öldürdüyünü və həmin faktı boynuna almasa oğluma ağır maddə ilə ittiham verəcəyini bildirmişdir.
Hörmətli Mehriban xanım, Ceyhun Hüseynov kimi müstəntiq heç-bir zaman obyektiv istintaq aparıb həqiqəti ortaya çıxarmaz, o, öz rəislərinin yanında özünə hörmət qazanmaq üçün oğlum kimi vətənpərvər oğullara qənim kəsilib onları məhv etməyə belə hazırdır. Müstəntiqin qanunsuz hərəkətləri ilə bağlı Baş Prokurora və hərbi prokurora ərizə ilə müraciət etsəm də heç bir nəticəsi olmadı, C.Hüseynov oğluma qarşı qərəzli hərəkətlərini davam etdirir. Bizim ümidimiz Sizə və bir yumruq kimi ətrafında birləşdiyimiz prezidentimiz İlham Əliyev cənablarınadır.Bir ana kimi acizanə yalvarışlarımı nəzərə alın, oğlum Eyyubun barəsində Respublika hərbi prokurorluğunun müsstəntiqi Ceyhun Hüseynovun icraatında olan cinayət işinin istintaqını mülki prokurorluq əməkdaşlarına həvalə edilməsinə və obyetiv istintaq aparılıb ədalətli qərar qəbul edilməsinə qöstəriş berməyinizi xahiş edirəm. Qarabağ müharibəsində qəhrəmanlıq ğöstərmiş, orden medalla təltif olunmuş oğlumla onun-bunun həyətində işləyib kirayədə yaşayıram, Ceyhun Hüseynov kimi insanlar bunuda bizə çox ğörür. Belə ğetsə olanları bir lövhədə qeyd edib lövhəni boğazımıza asıb özümüzü dənizə atmalı olacağıq.