Respublika Hərbi Prokurorluğu Qazaxda rayon rəhbərliyi və Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları ilə birgə tədbir keçirib.
Gununsesi.info xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini və şəhidlər guşəsini ziyarət edib. Dövlət Himni səsləndirildikdən sonra Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamları şəxsi heyətə və tədbir iştirakçılarına çatdırılıb.
Sonda hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olunub, onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri barədə məlumat verilib.