Hərbi qulluqçulara mənzil kirayəsi üçün verilən kompensasiyanın artırılması təklif olunur

  • By Admin2
  • 13 Mart 2026 15:25

Mövcud sosial-iqtisadi vəziyyət və mənzil kirayəsi bazarında qiymət artımı nəzərə alınaraq, hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi üçün ödənilən pul kompensasiyasının məbləğinin artırılması təklif edilir.

Gununsesi.info-nun xəbərinə görə, təklifə  əsasən, hərbi qulluqçuların yaşayış şəraitinin yaxşılaşdırılması və kirayə mənzil xərclərinin daha effektiv qarşılanması məqsədilə bu sahədə nəzərdə tutulmuş pul kompensasiyasının artırılması nəzərdə tutulur.

Dəyişikliyin əsas məqsədi hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi və artan kirayə xərcləri fonunda onların maddi yükünün azaldılmasıdır.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.

Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info