Hərbi qulluqçunun ölümü ilə bağlı araşdırma başlayıb – FOTO/VİDEO

Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun baş vermiş yol qəzası nəticəsində ölməsi faktı ilə bağlı hazırda Gəncə Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

HTML tutorial

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb:

“Nəticədə sürücü hadisə yerində ölüb”.

09:43

Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlu həlak olub.

Oxu.Az bildirir ki, məlumatı Müdafiə Nazirliyi təsdiq edib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.