Kanada Silahlı Qüvvələrinin keçirdiyi “Rugged Bear” adlı təlimlər zamanı 1 hərbçi ölüb, daha 3-ü yaralanıb.
Gununsesi.info-nun tass.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Kanadanın Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Əsgərin ölümünə nəqliyyat vasitəsi ilə bağlı baş verən insident səbəb olub. Yaralıların vəziyyəti barədə heç bir məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.
Aprelin 3-də başlayan təlimlərdə 3 min əsgər və zabit iştirak edir.
Gununsesi.info