Hərbi təyyarə qəzaya uğradı: ÖLƏNLƏR VAR - FOTO+VİDEO

  • By admin
  • 11 İyul 2017 16:12

15

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus “S-130” tipli hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Missisipi ştatının Leflor dairəsində baş verib.

Belə ki, Leflor dairəsinin şerifi Ricky Banks mətbuata açıqlamasında bildirib ki, “S-130” tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 16 nəfər həlak olub.

Qeyd edək ki, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. İnsidentin başvermə səbəbləri hələ ki, məlum deyil.

Anar

Gununsesi.info