
Çinin Lyaonin əyalətində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
Gununsesi.info-nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Lyaonin əyalətinin Faku vilayətində yerləşən Caihu hərbi bazadan təlim məqsədilə havaya qalxan təyyarə bir neçə dəqiqə sonra hündürlüyü itirərək yerə çırpılıb.
Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot həlak olub.
Bölgəyə xilasedicilər, təcili tibbi yardım avtomobilləri və təhlükəsizlik qüvvələri cəlb olunub.
Xəbərdə bildirilir ki, təyyarə Çili Fuhang Aviasiya Akademiyasına məxsusu olub.
Hazırda qəzaya uğrayan təyyarənin növü barədə məlumat verilmir, araşdırma aparılır.
Anar
Gununsesi.info