Hərbi təyyarə qaçqın düşərgələrinə səhvən aviazərbə yetirdi – 100-dən çox ölü

  • By admin
  • 17 Yanvar 2017 23:12

 axar.az1429115761Dünyanın ən bahalı qırıcıları4

 

Nigeriya Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə “Boko Haram” terrorçularına qarşı əməliyyat zamanı səhvən qaçqın düşərgələrinə aviazərbə yetirib.

Gununsesi.info-nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində humanitar təşkilatların əməkdaşları da daxil olmaqla 100-dən çox insan həlak olub.

Hücum Kamerunla sərhəddə Borno ştatındakı Rann bölgəsində həyata keçirilib.

Hazırda düşərgədən yaralılar evakuasiya olunurlar.

 

Gununsesi.info