“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırllığı Mərkəzi” MMC-nin emblemində dəyişiklik edilib.
Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müvafiq əmrilə Xidmətin tabeliyində olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin yeni embleminin Əsasnaməsi və embleminin təsviri təsdiq olunub.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış Cəmiyyət, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması, yeniyetmə və gənclər arasında texniki yaradıcılığın təbliği, çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanması və vətəndaşların texniki ixtisaslar üzrə hazırlanması işlərini həyata keçirir. Cəmiyyətin icra orqanından Cəmiyyətin təklifi əsasında emblemin dəyişdirildiyi təsdiqlənib.
Gununsesi.info