Hərbi vəzifəlilər təlimə niyə çağrılır?

  • By admin
  • 06 İyul 2022 11:45

“Təlim toplanışlarını birbaşa müharibəyə hazırlıq və ya hərbi əməliyyatların aparılmasına hazırlıq kimi dəyərləndirmək doğru olmaz. Ona görə ki, bu toplanışlar əvvəlcədən, keçən ilin sonundan planlaşdırılıb. Buna baxmayaraq, Ermənistan təxribatlara davam edərsə və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməzsə, Azərbaycan Ermənistanı cəzalandırmaq üçün daha təsirli, daha adekvat addımlar ata bilər. Bu addımlar çərçivəsində təlimlərə cəlb olunan heyətdən də istifadə tamamilə mümkündür”.

Gununsesi.info bildirir ki, bunu Publika.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Azərbaycada hərbi vəzifəlilərin təlim toplanışına çağrılmalarının səbəblərindən danışarkən hərbi ekspert bildirib ki, hazırda Azərbaycanda həyata keçirilən təlim toplanışları ötən ilin sonunda təsdiq edilən 2022-ci ilin döyüş hazırlığı planına uyğun gerçəkləşdirilən tədbirlərdir:

“Demək olar ki, hər il bir neçə dəfə həyata keçirilən bu təlim toplanışlarında müxtəlif ixtisas qruplarına aid hərbi vəzifəlilər cəlb olunur. Nəzərə alaq ki, Azərbaycan hələ də Ermənistanla sülh müqaviləsini imzalamayıb, sərhədlərin delimitasiya və demarkasiya işləri də kifayət qədər ləng, yalnız üçtərəfli görüşlərin keçirilməsi fonunda davam etdirilir. Ermənistanın Azərbaycana qarşı təxribatları isə ara vermir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bu tip təlimlərin keçirilməsi zərurəti hələ də qalmaqdadır”.

Gununsesi.info