“Hərbi vəziyyətdə QHT-lərin, siyasi partiyaların fəaliyyəti dayandırılmalıdır” - AZAY QULİYEV

  • By admin
  • 14 Fevral 2017 17:30

azay

“Hərbi vəziyyətdə QHT-lərin, siyasi partiyaların fəaliyyətinin dayandırlması əsaslıdır”.

Gununsesi.info xəbər verir ki. bunu Milli Məclisin iclasında deputat Azay Quliyev “Hərbi vəziyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, “Hərbi vəziyyət haqqında” qanun layihəsinin maddəsində göstərilib ki, hərbi vəziyyət Konstitusiyaya uğun olaraq Azərbaycan ərazisində, ayrı-ayrı yerlərində tətbiq edilir:

“Bu qanun layihəsinə hərbi sözündən sonra informasiya-yayım normaları ifadəsini də əlavə etməliyik. Çünki digər maddələrdə informasiyalarla bağlı xüsusi maddələr var”.

Millət vəkili əlavə edib ki, növbəti təklifim maddə 10.1.20 ilə bağlıdır.

“Burada qeyd olunur ki, şəxslərin xüsusi icazə vərəqələrini ya da şəxsiyyət vəsiqəsini təsdiq edən sənədlərin yoxlanılması məqsədi ilə onların şəxsi əşyalarına, nəqliyyat vasitələrinə baxış keçirilə bilər, onları saxlamaq olar. Söhbət bundan gedir ki, həmin şəxslər kimlərdir? Biz bura şübhəli şəxslərin və nəqliyyat vasitələrinin tutulub saxlanılması əlavə edə bilərik”- deyə, A. Quliyev bildirib.

Azay Quliyev bildirib ki, qanun layihəsində QHT-lərin, ictimai birliklərin, siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutan müddəaların olması əsaslıdır.

Mürtəza

Gununsesi.info