Hərbiçi bəraət aldı

  • By admin
  • 10 Aprel 2017 17:46

mehkeme

Ağstafa rayonunda N saylı Hərbi Hissənin hərbiçisi Alıyev Elvin Vəli oğlu bəraət alıb.

Bu barədə Gununsesi.info-ya bəraət alan şəxsin vəkili Əziz Qənbərov məlumat verib.

O qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə Bakı şəhər Xətai rayon Polis İdarəsi tərəfindən ittiham irəli sürülmüş və işin istintaqı aidiyyəti üzrə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə göndərilib. İstintaqla müəyyən edilib ki, Elvina Alıyev təqsirsizdir və o müvafiq qərar əsasında həbsdən dərhal azad edilib.

Gununsesi.info