Hərbiçilərin tərk etdiyi ərazidə hökümət qurdular - QANUNLAR QƏBUL ETDİLƏR+FOTOLAR

  • By admin
  • 14 Noyabr 2016 17:07

kristana1

Tərk edilmiş hərbi ərazilərdə məskunlaşan qəsəbə sakinləri ayrıca hökumət quraraq özünəməxsus qanunlar qəbul ediblər.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu maraqlı yer Kristianadır. Danimarkada yerləşən Krstiana insanların divarlara istədikləri rəsmiləri çəkdiyi, öz evlərini qurduğu, özlərinə aid qanunlar qəbul etdiyi azad ruhlu bir qəsəbədir. Əvvəllər Danimarka hökuməti qəsəbəni sökməyə və sakinləri ərazidən uzaqlaşdırmağa cəhd etsə də, xalqın etirazını nəzərə alaraq geri çəkilmişdi. İnsanların sim hörgüləri sökərək evlər tikməsi ilə ərazi qəsəbəyə çevrilib. Hazırda Kristiana 850 nəfər əhalisi olan 34 hektarlıq məhəllədir. Bu məhəllənin özünü dövlətdən ayıran bayrağı və Lon adlı valyutası var. Qəsəbənin girişində “Hazırda Avropa Birliyinin torpaqlarından ayrılırsınız” yazılmış lövhə vurulub. Mətbuata açıqlama verən danimarkalı bildirib ki, Kopenhageni Kristianasız təsəvvür etmək mümkün deyil və heç bir hökumət bu qəsəbəni sökə bilməz. Əgər buna cəhd olunarsa, xalq ayağa qalxar. Bu qəsəbə toplum içində toplumdur. Məsələn, burada ev satın almaq olmur. Həmçinin, sakinlər heç bir vergi ödəyicisi deyillər. Küçələrin dar olması səbəbindən burada maşın sürmək qadağandır. Qəribə olan isə odur ki, küçələrdə qaçmağa da icazə yoxdur. Çünki qaçmaq şəhərin işğal altında olduğuna işarədir. Burada ən sevimli heyvan köpəkdir. Amma onu alıb saxlamaq qadağandır. Bölgə xalqa açıq olduğundan, təhlükəsizlik üçün video və fotoşəkil çəkilməsi də tövsiyə olunmur.

kristiana kristana6 kristana5 kristana4 kristana3 kristana2 kristana

Nigar Cəfərli

Gununsesi.info