“Hərbir ailə başa düşməlidir ki, könüllü tibbi sığrota olunarsa, xərcləri daha az ola bilər” - VüqarBayramov

  • By admin
  • 17 Oktyabr 2016 17:10

vuqar

Tibbi sığorta bütün dünyada səhiyyənin maliyyələşməsinin uğurlu bir modelihesab olunur. Təəssüf ki, Azərbaycanda bu proses geniş yayılmayıb. Bu sahədəqanunun qəbul olunmasına baxmayaraq, ciddi irəliləyiş yoxdur. Analitiklərin fikrincə, tibbi sığortanın tətbiqimaliyyə bazarının canlanmasına, əhalinin səhiyyə xidmətləri ilə daha geniş əhatə olunmasına, tibbi xidmətlərin keyfiyyətininyüksəlməsinə səbəb ola bilər.

Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. Qeyd edək ki, hazırda Azərbaycanda yalnız könüllü tibbi sığorta tətbiq olunur. İcbari tibbi sığortanın tətbiqi isə illərdir ki, yubadılır.

Gununsesi.info  xəbər verir ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı tibbi sığorta sektorundakı vəziyyətlə bağlı araşdırma aparıb. Hesabatda göstərilir ki, hazırda ölkədə təqribən 25-ə yaxın sığorta şirkəti fəaliyyət göstərməsinə baxmayaraq, bu sektor bir neçə şirkətin monopoliyasındadır.

Təşkilat sığorta şirkətləri arasında sorğu aparmaq istədikdə məlum oldu ki, “A-Group”, “Paşa Sığorta, “Paşa Həyat Sığortası”, “Ateşgah”, AXA Mbask, Standard İnsurence, “Xalq Sığorta”şirkətləri belə bir xidmət göstərir. Beləliklə, bazar əsasən,5-6 sığorta şirkət arasında bölüşdürüldüyünü deyə bilərik. Yaranmiş monopoliya könüllü sığorta bazarını ilə bağlı daha detallı və şəffaflı məlumatlar almağa imkan vermir.

“Sığorta olunanlarla söhbət zamanı paketə daxil olan xidmətləri belə tam ala bilmədiklərini deyirlər. Məsələn, bütün sığorta şirkətlərində müəyyən dərmanların da ödənişinin xidmətə daxil olduğu yazılsa da, müştərilər belə bir xidmət almadığını deyirlər”,- deyə araşdırmada qeyd edilir.

NHMT-nin ekspertlərinin fikrincə, Azərbaycanda uzun illərdir ki, könüllü sığorta bazarının inkişafı zəif gedir və olduqca kiçik həcmə malikdir. Ölkə əhalisinin tibbi sığortaya əlçatanlığı olduqca aşağıdır. Fins.az-ın 2016-cı ilin yanvar-iyul ayları üzrə hesablanmış məlumatına əsasən, tibbi sığorta haqları 56 milyon 560 min 906 manat, ödənişləri isə 35 milyon manat təşkil edib. Respublikada hər nəfərə düşən sığorta haqları 5.8 manat düşür, ödənişlər isə 3.6 manat təşkil edir. Bu isə inkişaf etmiş ölkələrlə müqayisədə olduqca kiçik bir rəqəmdir. Tibbi sığorta alanların sayı açıqlanmadığından, ölkə əhalisinin neçə faizinin əhatə olunduğunu demək də çətindir.

Eyni zamanda tibbi sığorta ölkənin heç də bütün bölgələrini əhatə etmir. Sığorta prosesinə, əsasən, Bakı şəhərində yerləşən klinikalar cəlb edilir. Regionlar arasında Gəncədən, Sumqayıtdan, Qusardan, Xaçmazdan, Naxçıvan şəhərindən bir neçə klinikanın adı göstərilir. Təbii ki, bazarın belə qeyri-bərabər paylanması respulika əhalisinin tam olaraq bu imkandan yararlanmasının qarşısın alır.

Iqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, bu istiqamətdə islahatların aparılması üçün öncə marağın az olmasının səbəblərini müəyyənləşdirmək lazımdır.  V.Bayramov marağın az olmasının bir sıra səbəblərinə toxunur: “Ümumiyyətlə sığorta sisteminə marağın az olması bütövlükdə könüllü sığorta bazarına təsir göstərir. Könüllü sığorta inkişaf etmiş ölkələrdə daha asanlıqla tətbiq edilir.

Könüllü tibbi sığortaya marağın az olmasının birinci səbəbi əhalinin ödəmə qabiliyyətinin aşağı olmasıdır.

tibbi-sigorta

İkinci səbəb təklif olunan paketlərin qiymətlərinin baha olmasıdır.  Təklif olunan paketləri orta aylıq əməkhaqları ilə müqayisə etdikdə kifayət qədər baha olduğunu görərik. Bu isə vətəndaşların həmin paketlərə əlçatanlığı aşağı salır.

Digər bir səbəb maarifləndirmə işinin aşağı olmasıdır. Əhalinin könüllü tibbi sığorta ilə bağlı məlumatlılığı aşağı səviyyədədir.

Ən nəhayət, dövlət xəstəxanalarında sığortanın qəbul edilməsi problemi də təsir göstərir. Təəssüf ki, dövlət xəstəxanaları tibbi sığortanı qəbul etmir”.

Ekspert problemin aradan qaldırılması üçün bir sıra təkliflər irəli sürür. Onun sözlərinə görə, Azərbaycanda ilkin olaraq sığorta şirkətlərinə inamın artırılması ən vacib amillərdən biridir: “ Bu sistemə inam olmadıqca, könüllü tibbi sığortaya da maraq olmayacaq. Burada sığorta şirkətlərinin özləri daha çox çalışmalıdırlar.

İkincisi, tibbi sığorta paketlərini sosial təbəqələr arasında qruplaşdılırmalı və ona görə ödənişlər təyin edilməlidir. Məsələn, inkişaf etmiş ölkələrdə tələbələr və pensiyaçılar üçün xüsusi güzəştlər var. Yəni paketlər standart qiymətlər əsasında formalaşmamalıdır.  Hər bir sosial qrup üzrə xüsusi güzəştlərin tətbiq edilməsinə ehtiyac var ki, daha çox sosial qrupları cəlb edə bilsinlər.

Eyni zamanda maarfiləndirmə işi ardıcıl qurulmalıdır. Hər bir ailə başa düşməlidir ki, könüllü tibbi sığrorta olunarsa, xərcləri daha az ola bilər. Çünki bu gün bir ailənin səhiyyə ödənişləri daha çox olur. Belə situasiyada sığortası olmayan vətəndaş daha çox pul xərcləyir. Bu baxımdan sığorta sektorunun inkişafı, o cümlədən əhalinin sığorta mədəniyyətinin bərpa olunması və inkişaf etdirilməsi üçün ən mühüm şərtlərdən biri sığorta sahəsində əhalinin maarifləndirilməsidir. Bu məqsədlə sığorta şirkətləri vətəndaşlarla daimi və müntəzəm iş aparmalı, Rusiya sığorta şirkətlərinin təcrübəsindən istifadə olunmalıdır”.

Vüqar Bayramovun təklifləri sırasında könüllü sığortanın payı çox olan sığorta şirkətlərinə dövlət tərəfindən güzəştlərin tətbiq edilməsi də yer alır: “Dövriyyəsində və portfelində könüllü sığortanın çox olduğu şirkətlərə vergi güzəştlərinin tətbiqi onlar tərəfindən könüllü sığortanın artırılmasına qarşı stimul yarada bilər. Bu, imkan verəcək ki, tibbi sığorta ödənişləri üzrə qiymətlər aşağı düşsün.

Bundan əlavə, sığorta şirkətləri ilə dövlət xəstəxanalar arasında münasibətlərə yenidən baxılmalıdır. Xəstəxanalarda nəzarətin gücləndirilməsinə ehtiyac var ki, vətəndaş tibbi sığrotadan rahat istifadə edə bilsin. Xüsusilə, dövlət xəstəxanalarındakı vəziyyət bu imkanları məhdudlaşdırır. Qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var. Nəzərə alsaq ki, Azərbaycanda 2008-ci il 1 fevral Səhiyyə Nazirliyinin əmri ilə səhiyyə xidmətləri pulsuzdur, o zaman könüllü tibbi sığortaya marağın azalma səbəblərindən biri aydındır. Amma reallıqda ölkədə tibbi xidmətlər pulsuz deyil. Ona görə də, daha təkmil qanunvericiliyin tətbiq edilməsinə ehtiyac var. Ölkədə tibbi sığortanın inkişafı səhiyyə sistemində ciddi islahatlarla müşayiət edilməlidir. Yəni səhiyyə sistemində iş prinsipi və maliyyələşdirmə mexanizmi dəyişdirilməlidir. Bu halda büdcə maliyyələşdirməsindən tibbi sığorta sisteminə tam keçid etmək olar. Xarici ölkələrin təcrübəsi ilə tanışlıq onu deməyə əsas verir ki, səhiyyənin maliyyələşmə mexanizmini bazar iqtisadiyyatının prinsipləri ilə uyğunlaşdırmağın əsas yolu məhz tibbi sığorta institutunun formalaşmasıdır».

V.Bayramova görə,tibbi sığortanın daha çox neft şirkətləri arasında həyata keçirilməsi birbaşa maliyyə imkanları ilə bağlıdır: “Bu sektorda maliyyə imkanları və işçilərin sayı çox olduğuna görə güzəştli paketlər ala bilirlər. Qeyri-neft şirkətlərinin ödəmə qabiliyyəti az olduğu üçün paket olaraq güzəştli paket ala bilmirlər”.

Vüsalə Rüstəmova

Gununsesi.info